ABŞdan Ukraynaya 1 milyard dollarlıq yardım


Dünya 08 Avq 2022 21:27:00 216 0

ABŞdan Ukraynaya 1 milyard dollarlıq yardım

ABŞ hökuməti Ukraynaya 1 milyard dollarlıq müdafiə yardımının ayrıldığını elan edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol deyib.

Məlumata əsasən, yeni hərbi yardım paketinə HİMARS sistemləri üçün raketlər, 155 mm və 120 mm-lik sursatlar, NASAMS HHM sistemlərinə raketlər, digər silahlar və texnika daxildir.