Avropada qazın birja qiymətləri 2 100 dollara çatıb


Dünya 08 Avq 2022 18:00:00 114 0

Avropada qazın birja qiymətləri 2 100 dollara çatıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına çatıb.

"APA-Economics" xəbər verir ki, avqustun 8-də Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) hərraclarıın açılışında sentyabr fyuçerslərinin qiyməti 2 100 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 1,6% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.