Ərdoğan: Beynəlxalq ictimaiyyət Qarabağda işğala qarşı heç bir addım atmadı


Siyasət 08 Avq 2022 15:55:00 197 0

Ərdoğan: Beynəlxalq ictimaiyyət Qarabağda işğala qarşı heç bir addım atmadı

Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir.

Son.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

O qeyd edib ki, 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.

"30 ilə yaxın davam edən işğal qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir həm işğalın, həm də itkilərinin acısı ilə yaşamaq məcburiyyətində buraxılıb. Bu ədalətsizliyə son qoymaq Türkiyənin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələrinə nəsib olub. 44 gün davam edən dastanvari mübarizənin nəticəsində, həmd olsun, Qarabağ yenidən azadlığına qovuşub, 30 illik işğala son qoyulub", - dövlət başçısı vurğulayıb.