İranlı turistlərin Türkiyədəki köpük əyləncəsi


Digərləri 08 Avq 2022 15:15:00 161 0

İranlı turistlərin Türkiyədəki köpük əyləncəsi

İranda dörd günlük tətil fürsətindən istifadə edən sakinlər istirahət üçün Türkiyənin Van bölgəsinə üz tutublar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, yerli Akva Parkda köpük əyləncəsi təşkil edən iranlı turistlər buradakı xidmətin səviyyəsi və qiymətlərdən razı qaldıqlarını bildiriblər.

Onlar Vanı çox sevdiklərini, buranın həm yaxın, həm də ucuz olduğunu qeyd ediblər.

Türkiyəli turizm mütəxəssisi Feyzullah Dəmirtaş isə qeyd olunanlarla yanaşı, Vandakı tarixi yerlərin də iranlı turistləri cəlb etdiyini vurğulayıb. O, yerli turizm obyektləri sahiblərinin və İran sakinlərinin bir-birindən razı olduqlarını da bildirib.