Prezident XI Dünya Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb
Siyasət 08 Avq 2022 15:27:00 122 0
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılıblar:
1.1. birinci yeri tutmuş idmançı - 20000 manat, onun şəxsi məşqçisi - 10000 manat, həmin idman növü üzrə baş məşqçi - 10000 manat;
1.2. üçüncü yeri tutmuş komanda - 20000 manat, komandanın hər bir məşqçisi - 5000 manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Son.az
Mənbə: milli.az