Əlvida, Laçın dəhlizi Sentyabrın 1dən...


Digərləri 08 Avq 2022 13:37:00 190 0

Əlvida, Laçın dəhlizi  Sentyabrın 1dən...

Laçın yaxınlığından keçərək Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol - dəhliz olmayacaq, sadəcə yol olacaq. Beləcə, Qərbi Zəngəzur vasitəsilə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xətti - Laçın yoludur. Bu sözləri politoloq Zaur Məmmədov deyib. Ekspert sentyabrın 1-dən başlayaraq Laçın rayonundan keçəcək yeni yolda giriş - çıxışın Azərbaycanın nəzarətində olacağını vurğulayıb.

Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Laçın yaxınlığından Ermənistanı və Qarabağın dağlıq hissəsini birləşdirəcək yeni yol - dəhliz olmayacaq, sadəcə yol olacaq. 

Çəkilən yeni yolla bağlı politoloq Zaur Məmmədov belə deyib. O qeyd edib ki, Nikol Paşinyan Tehranın, həmçinin bəzi Qərb dövlətlərinin Zəngəzur dəhliziylə bağlı İrəvana verdiyi qadağanı qəbul edərək, Qarabağ erməniləri ilə Ermənistanı birləşdirən Laçın dəhlizini itirmiş oldu. Yeni yol dəhliz statusunu itirəcək. Sadəcə yol olacaq.

Politoloq bildirib ki, beləcə, Azərbaycan ermənilər üçün vacib strateji əhəmiyyət daşıyan Laçın şəhərini işğaldan azad edir, Laçın dəhlizinin üzərindən isə xətt çəkmiş olur. Üstəlik, Qarabağa giriş - çıxış Azərbaycanın tam nəzarətinə keçir.

Ermənistanın suveren olmaması , müstəqil şəkildə qərarlar qəbul edə bilməməsi və xarici qüvvələrin Ermənistana etdiyi təyziqlər, əlbəttə Ermənistan dövlətçiliyinin bir daha Azərbaycanın ona verdiyi təklifləri itirəcəyinə gətirib çıxarır-deyə Zaur Məmmədov  əlavə edib.