Mayk Tayson “Hulu” servisini onun bioqrafiyasını oğurlamaqda günahlandırdı


Digərləri 08 Avq 2022 14:00:00 164 0

Mayk Tayson “Hulu” servisini onun bioqrafiyasını oğurlamaqda günahlandırdı

Keçmiş boksçu Mayk Tayson iddia edir ki, "Hulu" yayım xidməti onun həyat hekayəsini serial üçün oğurlayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, idmançı bildirib ki, layihənin yaradıcıları onun tərcümeyi-halından istifadə etdikləri üçün boksçuya maddi təzminat təklif etməyiblər.

"Hulu"nun sizi aldatmasına imkan verməyin. Mən onların həyatımla bağlı hekayəsini dəstəkləmirəm. 1822-ci il deyil, 2022-ci ildir", - Tayson "Instagram"da yazıb.

Qeyd edək ki, "Mayk" serialının premyerası avqustun 25-də "Hulu" platformasında baş tutacaq.