Lukaşenkodan orduya qeyriadi əmr


Dünya 08 Avq 2022 14:07:00 189 0

Lukaşenkodan orduya qeyriadi əmr

Belarus Prezidenti Aleksandr Lukaşenko ordunu Ukraynada müharibəyə göndərməmək üçün məhsul biçiminə cəlb edəcək.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

O qeyd edib ki, Lukaşenko hərbçiləri və polisi biçin kampaniyasına cəlb etmək qərarına gəlib, həmçinin yerli hakimiyyət orqanlarını biçin sürətinin zəif olmasına görə tənqid edib:

"Ordu və milislər məhsul yığımında iştirak etməlidirlər, çünki bu, döyüşə getməkdən yaxşıdır. Bilirsiniz ki, bundan əvvəl Lukaşenko Fauna və Floranın Mühafizəsi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarını silahlandırmaq, onlara təlim keçmək barədə göstəriş verib. Belarusun Rusiyaya aktiv şəkildə silah və sursat ötürməsi ilə bağlı etibarlı məlumatlar da var. Bu da Belarusun bizə qarşı hərbi əməliyyatlar aparmaq imkanlarını xeyli azaldır. Dünyada hələ heç bir ordu arsenalını boşaltmaqla müharibəyə hazırlaşmayıb. Belə qənaətə gəlirik ki, Lukaşenko gələcəkdə müharibəyə girməkdən yayınmağa çalışır".