Tom Kruzun yeni filmi “Titanik”i qabaqladı


Şou-biznes 08 Avq 2022 14:15:00 111 0

Tom Kruzun yeni filmi “Titanik”i qabaqladı

"Top Gun: Maverick" filmi ABŞ-ın kinoprakatında ən çox gəlir gətirən filmlər siyahısında "Titanik" dramını geridə qoyub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Tom Kruzun yeni layihəsi daxili bazarda 662 milyon dollar qazanaraq reytinqdə yeddinci yerdədir.

Eyni zamanda, dünyanın ən çox gəlir gətirən filmləri siyahısında "Top Gun: Maverick" hələ də 1,35 milyard dollar nəticə ilə 13-cü sıradadır.

Layihənin elan edilmiş büdcəsi 140 milyon dollardır.

Ekşn filminin premyerası mayın sonunda baş tutub.

Qeyd edək ki, "Top Gun: Maverick" Tom Kruzun karyerasında ən çox gəlir gətirən filmdir.