Təyyarədə sınan pəncərə hamını qorxutdu


Digərləri 08 Avq 2022 11:45:00 130 0

Təyyarədə sınan pəncərə hamını qorxutdu

Təyyarənin sərnişini pəncərədə dəlik görüb, onu lentə alıb və İnstaqram hesabında yerləşdirib.

Son.az bildirir ki, on minlərlə baxış toplayan video "The Sun"ın diqqətini çəkib.

Kadrlarda turist Mia Karuba sınmış şüşənin yanında oturduğu və qorxduğu görünür. Həmçinin, qız vaxtaşırı əli ilə ağzını bağlayır. 

Lakin uçuş normal keçib, təyyarə havaya qalxıb və eniş edib. Materialın müəllifləri izah ediblər ki, turisti heç nə təhdid etmir, çünki laynerlərin əksəriyyətinin illüminatorunda bir neçə şüşə var və yalnız daxili şüşə sındırılıb.

Lakin laynerin pəncərəsindəki dəliyin şəkli bir çox internet istifadəçisini qorxuya salıb. Şərhlərdə "Mənim üçün bu, əsl kabusdur", "İndi məndə yeni bir qorxu var" yazıblar.