Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir


Digərləri 08 Avq 2022 10:15:00 103 0

Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

QMİ-dən Son.az-a verilən məlumata görə, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir.

Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanları diqqətinizə çatdırırıq:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Şah Abbas" məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı