Bakıda 3cü sinif şagirdi faciəvi şəkildə öldü


Digərləri 08 Avq 2022 09:52:00 150 0

Bakıda 3cü sinif şagirdi faciəvi şəkildə öldü

Bakı şəhəri Nərimanov rayonu N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi yol qəzası nəticəsində vəfat edib.

Son.az xəbər verir ki, bu barədə məlumat sözügedən məktəbin rəsmi feysbuk səhifəsində yerləşdirilib.

Bildirilir ki, məktəbin 3c sinif şagirdi Məcidli Səlim paytaxtda baş vermiş yol qəzasında həyatını itirib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

Son.az