Gecə dul qadının evinə getdi: "Əxlaqsız video göstərib dedi ki... "


Kriminal 08 Avq 2022 09:15:00 164 0

Gecə dul qadının evinə getdi: "Əxlaqsız video göstərib dedi ki... "

Şabran rayonunda 1983-cü il təvəllüdlü Tural 1957-ci il təvəllüdlü həmkəndlisi Sevdaya (adlar şərti verilib - red.) təcavüz edib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə kənddə baş verib. Tural ərinin ölməsi və yeganə övladının həqiqi hərbi xidmətdə olması səbəbindən fərdi evində tək yaşayan Sevdanı zorlamaq qərarına gəlib.

Bu məqsədlə 2021-ci il martın 22-dən 23-nə keçən gecə saat 3 radələrində sərxoş vəziyyətdə yaşadığı kənddən piyada qonşu kəndə gəlib. O, Sevdanın evinə daxil olub və zorla qadınla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, martın 22-də təqribən gecə saat 23 radələrində həmkəndliləri və qaynı ilə birlikdə kafedə oturub və bir neçə saat yeyib-içiblər: "Həmin vaxt xatırlamadığım həcmdə araq içmişəm. Daha sonra, "Bizon" içkisinə keçdim. Bundan sonra heç nə yadımda qalmayıb. Bir də səhər saat 4 radələrində evimizin arxasında ayılmışam. Üzərimdə heç bir xəsarət olmayıb".

Tural daha sonra qeyd edib ki, zərərçəkmiş Sevdanı tanımayıb, onun evinə getməyib və onu zorlamayıb. Bildirib ki, ibtidai istintaq zamanı olan ifadəsinə təzyiq altında imza edib və orada nə yazılmasından xəbəri olmayıb.

Məhkəmə Turalın bu ifadəsini özünü müdadiə xarakterli qitymətləndirib və bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini tədqiq edib.

İbtidai istintaqa Tural bildirib ki, atası, anası, arvadı və övladları ilə birlikdə yaşayıb: "Martın 22-də axşam saat 23 radələrində həmkəndlilərim və qaynımla birlikdə yaşadığım kənddə Təbrizin kafesində yeyib-içdik. Biz təxminən 1-2 saat araq içdikdən sonra vəziyyətimin pisləşdiyini hiss etdim. Bu səbəbdən kafedən çıxdım. Daşın üstündə 10-15 dəqiqə oturdum, vəziyyətimin yaxşılaşmasını gözlədim. Bundan sonra özümə gəldim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, bu zaman qonşu kəndə getməyə qərar verib: "Həmin kəndə piyada və tək getdim. Kəndə çatdıqda gecə saat 3 radələri olardı. Sevdanın evinə yaxınlaşdıqda həyətdəki darvazanın açıq olduğunu gördüm. Həyətə, ordan isə evin yarı açıq giriş qapısından içəri daxil oldum.

Sevdanın yatdığı otağın qapısını çiynimlə zərbə endirərək açdım. İçəri daxil olub Sevdanın üzərinə hücum etdim. O məni görən kimi dərhal qışqırmağa başladı. Əllərimlə onun ağzından tutdum. Dedim ki, yaşamaq və oğlunu görmək istəyirsənsə, mənimlə olacaqsan, yoxsa oğlunu görə bilməyəcəksən. Sevda yalvararaq cinsi əlaqədə olmaq istəmədiyini, əgər onu buraxsam, heç kimə heç nə demiyəcəyini bildirdi.

Lakin ona inanmayaraq bir əlimlə boğazını sıxdım, digər əlimlə ağzından tutaraq səs-küy salmamağı tələb etdim. Sonra saçından tutaraq üzünü yerə sürtüb, xalçanın üzərinə ataraq üstünə tullandım. Onu öpməyə, sinəsini yalamağa və sol arxa yan tərəfini öpüb-dişləməyə başladım".

Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsində Servdanı soyundurmasını, onunla zorla cinsi əlaqədə olmasını çılpaqlığı ilə danışıb. Qeyd edib ki, Sevda ilə cinsi əlaqədə olarkən o əlləri ilə müqavimət göstərməyə çalışıb: "Fiziki cəhətdən güclü olduğum üçün əlimlə onun əllərindən tutdum. Cinsi əlaqədə olmağımın müddəti on-on beş dəqiqə çəkdi. Sonra Sevdanın boğazından tutaraq "əgər bu bərədə kiməsə desən, sənin üçün çox pis olacaq" dedim.