2022nin ən bahalı 5 avtomobili FOTO


Digərləri 07 Avq 2022 22:49:00 196 0

2022nin ən bahalı 5 avtomobili  FOTO

Bu dəfə 2022-ci ilin ən bahalı və lüks avtomobillərindən danışacağıq.

Son.az bu ilin qiymətləri və digər özəllikləri ilə göz qamaşdıran avtomobillərini təqdim edir.

Şübhəsiz ki, beşliyimizin ilk pilləsində "Rolls Royce Boa25t Tail" gəlir.

Bildirilir ki, bu avtomobildən cəmi üç ədəd istehsal edilib. "Rolls Royce Boat Tail 570" at gücünə və 6,75 litrlik iki turbo V12 mühərrikə malikdir. Bu fantastik dizaynlı avtomobilin qiyməti də göz qamaşdırır. Nə az, nə azacıq, "Rolls Royce Boat Tail"ə sahib olmaq istəyənlər 28 milyon dollarından keçməli olacaqlar.

Siyahımızın ikinci sırasında "Bugatti La Voiture Noire" özəllikləri və gözəllikləri ilə özünə yer ayırıb. "Bugatti La Voiture Noire" də "Chiron", "Chiron Sport" və "Divo" modellərində rast gəlinən 4 turbolu 8,0 litrlik W16 mühərrikinə sahibdir. Eyni zamanda, avtomobilin mühərriki 1500 at gücündədir. Eləcə də 1600 Nm fırlanma tezliyini yığa bilir.

Üstəlik, ona tam olaraq 6 egzoz sistemi daxildir. "La Voiture Noire"-də istifadə edilən LED arxa fənərlər avtomobilə fərqli atmosfer qatır. Məlumata görə, bu seriyadan yalnız bir avtomobil xüsusi sifarişlə istehsal edilib. Avtomobilin qiyməti isə 18,9 milyon dollardır.

Üçlüyümüzü "Pagani Zonda, HP Barchetta" tamamlayır.

"Pagani Zonda HP Barchetta" 6.0 litrelik çift turbo özellikli V12 motoruna sahibdir. Avtomobilin mühərriki 789 at gücündədir. 6 pilləli mexaniki transmissiyaya malikdir. Bu idman avtomobili 0-100 km/saat sürətini cəmi 3,1 saniyəyə yığır.

Həmçinin, onun maksimal sürəti 338 km/saatdır. Bu idman avtomobillərindən yalnız üç ədəd istehsal edilib. Maşınlardan biri şirkətin qurucusu "Horacio Paqaniye" məxsusdur. Digər ikisinin sahibi isə hələlik məlum deyil. "Pagani Zonda HP Barchetta"nın qiyməti 17,5 milyon dollardır.