Yol qəzası olub,


Digərləri 07 Avq 2022 21:07:00 151 0

Yol qəzası olub,

Quba rayonunda bir neçə nəfərin xəsarət alması iə nəticələnən ağır yol qəzası baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə Quba-Bakı avtomobil yolunun rayonun Pirvahid kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və "VAZ-21099" markalı avtomobillər toqquşub. Qəza zamanı 1960-cı il təvəllüdlü Əmirov İdayəddin Nüsrəddin oğlu, 1967-cil təvəlludlü Əmirova Kəmalə Faiq qızı və 1987-ci il təvəllüdlü Qəribov Ayaz Tofiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.