Dünyanın ən yüngül noutbuku


Digərləri 07 Avq 2022 15:00:00 162 0

Dünyanın ən yüngül noutbuku

Yaponiyanın "Fujitsu" şirkəti cəmi 634 qram çəkisi olan 13,3 düymlük Full HD displeyli "Lifebook WU-X/G2" noutbukunu təqdim edib.

İstehsalçının məlumatına görə, bu, dünyanın ən yüngül noutbukudur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, noutbukun işinə "Intel Core i5-1235U" və ya "i7-1255U" prosessoru və "Intel Iris Xe" qrafik prosessoru cavabdehdir.

"Fujitsu Lifebook"un operativ yaddaşını 32 GB-a, daxili yaddaşını isə 256 GB-dan 2 TB-a qədər yüksəltmək olar.

O, həmçinin "Bluetooth 5.1" və "Wi-Fi 6" simsiz modullarını, SD kart yuvasını dəstəkləyir.

Laptop əməliyyat sistemi kimi "Windows 11"dən istifadə edir.

Cihazın qiyməti 1,3 min dollardan başlayır.