Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə


Digərləri 07 Avq 2022 13:56:00 127 0

Xəstəlikləri proqnozlaşdıran ağıllı döymə

Cənubi Koreya alimləri sağlamlıq haqqında məlumat toplamağa imkan verən smart-tatu yaradıblar. Belə ki, sözügedən elektron döymə bioelektrod funksiyasını yerinə yetirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, innovativ mürəkkəb elektrokardioqramma cihazı (EKQ) və ya digər biosensorla birləşdirilə bilər. Tatu pasiyentin ürəyinin yığılıb açılması və digər həyati vacib göstəricilər haqqında məlumatları ötürməyə qadirdir; bu məlumatlarla xəstəlikləri proqnozlaşdırmaq mümkündür.

O da vurğulanır ki, material sağlamlıq üçün təhlükəsizdir.