Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır MN


Digərləri 07 Avq 2022 13:10:00 114 0

Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır  MN

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - deyə Nazirlikdən bildirilib.