Yağ yanığında ilk yardım Qəti olmaz!


Digərləri 06 Avq 2022 23:01:00 187 0

Yağ yanığında ilk yardım  Qəti olmaz!

Qaynar, əridilmiş yağdan yanıq dəridə iz qoyan, epidermisin dərinliyinə kimi gedib dağıcıdı təsir göstərən yanıq travmalarından biridir.

Son.az medicina.az-a istinadən qaynar yağdan yanıq zamanı ilkin yardımın mərhələlərini təqdim edir:

-Dəriyə düşdüyü zaman bitki yağı dəri üzərində plyonka kimi örtük yaradır, bu da dərinin soyumasına imkan vermir. Ona görə soyuq suya qaçmazdan əvvəl təmiz salfetlə bu plyonka qat təmizlənməlidir. Yanıq yerini çox sürtmədən salfetlə silin.

-Yaranı soyuq su altında 15 dəqiqə saxlayın. Bu, toxumaları soyudub, qıcıqlanmanı götürəcək

-Əgər dəridə suluq, qabarcıq yaranıbsa, onu deşmək, kəsmək olmaz

-Ağrı zamanı ağrıkəsici dərman için

-Yalnız ilk yardımdan sonra yanıq üçün sprey və ya xüsusi maz istifadə edə bilərsiz.

-Yara dərindirsə elə ilk yardımdan sonra həkimə çatdırılmaq