Kərbəlanın birinci şəhidi Əli Əkbərin həyatına qısa baxış


Digərləri 06 Avq 2022 23:10:00 162 0

Kərbəlanın birinci şəhidi Əli Əkbərin həyatına qısa baxış

Bu gün şaban ayının 11-i İmam Hüseynin böyük oğlu Kərbəlanın birinci şəhidi Əliyyi Əkbərin mövlud günüdür.

Hıcrətin altımış birinci ili, Aşura günü Bəni haşimdən meydana çıxıb, birinci şəhid olan Həzrəti Əli Əkbərdir(ə).

Adı Əli, atası Huseyn (ə), babası Həzrəti Əlidir (ə). Anası Leyla adında nəcib xanımdır. İmam Hüseynin (ə) böyük oğludur. Künyəsi Əbəl-Həsən, ləqəbi Əli Əkbərdir. Bəni-Haşimdə Həzrət Peyğəmbərə (s) ən çox oxşayan Əli Əkbərdir (ə).

Bəzi səhih isnadlara görə o həzrətin Kərbəlada iyirmi beş yaşı olub. Kərbəla faciəsində Bəni-Haşimdən birinci şəhid olan kəsdir.

Həzrəti İmam Hüseyn (ə) yolda bir dayanacaqda dayanan karvanına su götürüb hərəkət etmək əmri verdi. İmam (ə) atına minib yola düşəndə Allaha həmd səna edib, Allahdanığ və ona doğru qayıdacayıq ayəsini oxudu.

Əli Əkbər (ə) soruşdu: Atacan niyə bu ayəni oxudun? İmam (ə) buyurdu: Yuxuda bir atlı gördüm ki deyir: bu gedən dəstənin ardınca ölüm gedir.

Sonra İmam (ə) Əkbərə (ə) dua edib dedi: Allah, bir övladın atadan ala biləcəyi ən gözəl hədiyyəni və əcri sənə veribdir.