Ürək tutması və stenokardiyada dərhal bu dərmanı verin – Ölümdən xilas edə bilər


Digərləri 06 Avq 2022 20:30:00 102 0

Ürək tutması və stenokardiyada dərhal bu dərmanı verin – Ölümdən xilas edə bilər

Qəfil infarkt, ürək tutması, stenokardiyada təcili yardım gələnə kimi xəstəyə edə biləcəyiniz yardımlardan biri də ona nitroqliserin adlı preparatın verilməsi ola bilər.

Son.az medicina.az-a istinadən bu preparatın ürək tutmalarında effektiv olmasının səbəblərini təqdim edir.

İlk növbədə stenokardiyanın niyə baş verməsini araşdıraq: stenokardiya ağır fiziki yük, emosional stress, ağır qida qəbulu zamanı baş verən, sol çiyin, boyun, sol çənə, qabırğalararası nahiyəyə vuran və 15 dəqiqə davam edən ağrılardır.

Bu xəstəlik koronar arteriyaların spazmı, aterosklerozu, tutulması səbəbindən qan dövranının pozulması ilə inkişaf edir.

Bu ağrılar zamanı nitroqlisetin qısa müddətə də olsa koronar damarı genişləndirərək, antianginal təsir göstərir və qan dövranını bərpa edərək, tutmanı azaldır.

Necə istifadə etməli?

Tablet və ya kapsulu tam dilinizin altında tam əriyənə kimi saxlayın. Dərman ağrı tutmasından dərhal sonra 1 mq miqdarında qəbul edilir. Tez effekt almaq üçün kapsulu dişlərin arasında əzmək lazımdır. İkinci kapsul 45 dəqiqə sonra qəbul oluna bilər. Adətən yüngül tutmalar yarım tabletdən sonra da keçir.