Bizə kiçik görünən, amma haqqunnasa aid olan gündəlik məsələlər


Digərləri 06 Avq 2022 21:40:00 157 0

Bizə kiçik görünən, amma haqqunnasa aid olan gündəlik məsələlər

Əgər müasir həyata nəzər salsaq, görərik ki, başdan-başa ifrat və təfritlə doludur. Bəzi insanlar pak olmaq və nəcisdən uzaq olmaqlarına bəzən o qədər çox diqqət edirlər ki, haqqun-nasa qarşı bu diqqətin az hissəsi dıə olmur.

Halbuki, İslam dini buyurur ki, özünüzü pak və nəcis mövzularında çətinliyə salmayın. Ancaq haqqun-nasa çox diqqət edin.

Adətən insanlar haqqun-nas deyildikdə, kimdənsə icazəsiz nəyisə götürməyi və ya kimisə işlədib, pul verməməyi zənn edirlər. Halbuki, haqqun-nasın dairəsi daha genişdir.

Ancaq bu halda da Allah bizə çıxış yolu qoymuşdur. Əgər kiminsə malını zay etmişiksə dinimiz icazə verir ki, şəri hakimin razılığı ilə həmin ziyanı sədəqə ilə dəf edək. Yəni, verdiyimiz bu sədəqə Qiyamət günü zay etdiyimiz malın əvəzini verə bilsin.

Haqqun-nas hesab olunan və insanların diqqətinə gəlməyən bəzi əməllər ilə tanış olaq:

- Maşını elə yerdə saxlamaq ki, insanların get-gəlinə mane olsun.

- Maşınların qarşısında saxlamaq və onların çıxmasına mane olmaq.

- Üzrsüz səbəbə uzun-uzadı siqnal vermək.

- Piyadanın qırmızı işıqda maşınların önündən keçməsi.

- Binanın pilləkənlərindən elə səs-küylə düşüb-qalxmaq ki, başqalarını narahat etmək.

- Evin qapısını elə bağlamaq ki, başqalarını yuxudan oyatmaq.

- Keyfiyyətsiz mal satmaq.

- Pişnamazın üzrsüz yerə yubanması.