Namazın bərzəx və axirətdə insana təsirləri


Digərləri 06 Avq 2022 20:20:00 153 0

Namazın bərzəx və axirətdə insana təsirləri

Namaz - müqəddəs dinimizin sütunudur. Adətən namazın dünyadakı təsirləri barəsində çox sözlər deyirik. Lakin onun axirət əclərini unuduruq. Halbuki, bu nurani əməlin axirətdə çox böyük savabları olacaq və sahibinə ancaq xeyir və bərəkət gətirəcəkdir.

Namazın bərzəxdəki xeyirləri:

1. Bərzəx qorxusunu aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: "Namaz, ağ simalı insan cildində meyitin qəbrinə daxil olacaq və onunla danışacaqdır. Bərzəx qorxusunu ondan uzaqlaşdıracaqdır".

2. Qəbirdə insanın münisi olar. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Namaz (namazqılan üçün) qəbirdə onun münisi, altına sərilən xalçası, Nəkir və Münkərə namazqılanın cavabı olacaqdır".

3. Mələklər qəbirdə insanla görüşərlər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, camaat namazında iştirak etmək üçün məscidə tərəf gedər, Allah Təala onun atdığı hər addıma görə ona 70 min həsənə mükafat verəcəkdir.

Həmin miqdarda, dərəcəsi yuxarı qalxacaqdır. Əgər belə halda ölərsə, Allah 70 min mələyi məmur edər ki, qəbirdə onun görüşünə getsinlər və ona müjdə versinlər. Qəbrin tənhalığında onun münisi olsunlar və Qiyamətə qədər onun üçün bağışlanma istəsinlər".

4. Qəbir əzabından nicat tapar. İmam Baqir (ə) buyurur: "O kəsin ki, rükusu kamil olar, heç bir zaman qəbir dəhşətinə məruz qalmaz". Namazın axirətdəki xeyirləri: