Müsəlmanın müsəlman üzərində vacib haqqı – həm də böyük savabı olan əməl


Digərləri 06 Avq 2022 19:40:00 109 0

Müsəlmanın müsəlman üzərində vacib haqqı – həm də böyük savabı olan əməl

Mübarək Şəban ayında qərar tuturuq. Bu müqəddəs ayda əməllərin savabı bir neçə qat artıq yazılar.

Ona görə də bu fürsətdən istifadə edib, axirət azuqəmizi ağırlaşdıra bilərik. Fəzilətli əməllər içərisində xəstə ziyarətinin xüsusi yeri vardır. Dinimiz xəstə ziyarətinə xüsusi əhəmiyyət verir.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir müsəlmanın başqa müsəlmana görə boynunda 30 haqqı olar ki, gərək onları yerinə yetirsin. Bu haqlardan xilas olmaz, məgər o halda ki, onları əda edər. Ya da müsəlman qardaşı bu haqlarından keçər. Bu haqlardan biri də xəstə olan zamanı onu ziyarət etməkdir".

İmam Cəfər Sadiqə (ə) sual verirlər ki, müsəlmanın müsəlman üzərindəki haqqı nədir? İmam (ə) buyurur: "Onun boynunda 7 haqq olar ki, onların hamısı qardaşının öhdəsində vacib olar.

Əgər o haqdan hansınısa zay edərsə və vəzifəsini yerinə yetirməzsə Allahın itaət və vilayətindən çıxmış olar. Allah bəndəliyindən bəhrə aparmaz".

Soruşurlar ki, o haqlar hansılardır?

Həzrət (ə) buyurur ki, o haqlardan biri - xəstə olan zaman onu ziyarət etməkdir.