Əhdin 3 növü. Əhdə vəfa etməyin vacibliyi barədə


Digərləri 06 Avq 2022 19:55:00 119 0

Əhdin 3 növü. Əhdə vəfa etməyin vacibliyi barədə

Əhdin 3 növü. Əhdə vəfa etməyin vacibliyi barədə

Müsəlmanın verdiyi əhdə vəfa etməsi - onun imanının nişanəsindən xəbər verir. İslam dininin nəzərinə görə, əhd üç dəstəyə bölünür:

1. Allahın bəndələri ilə bağladığı əhd.

2. İnsanların Allahla bağdıqları əhd.

3. İnsanların bir-biri ilə bağladıqları əhd.

1. Allahla bağlanan əhd. Bu əhd zərr aləmindən bağlamışdır. Zərr aləmi dünyadan qabaq olan dünyadır ki, burada insanların ruhu xəlq olar. Bu ruhlar idrak və şüura malik olarlar.

Allah Təala zərr aləmində olan ruhlardan əhd alır ki, Ona heç bir zaman şərik qoşmayacaqlar. Şeytanın (lən) ardıcılı olmayacaq və peyğəmbərlərinə (ə) itaət edəcəklər.

"Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: "Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!"". ("Yasin" 60).

2. İnsanın Allahla bağladığı əhd. Hər kim Allahla əhd bağlayar və sonra əhdinə vəfa etməzsə - günah etmiş olar və dünyadan kafir gedər.

Əvvəl bağladığı əhddə Allaha iman gətirəcəyini və Ona şərik qoşmayacağını vəd edər, ancaq sonra bu əhdinə vəfasızlıq edər. Qurani-Kərim bu cür insanlar haqqında buyurur: "Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər.

Odur ki, Allaha verdikləri vədə xilaf çıxdıqlarına və daim yalan danışdıqlarına görə, Allah Onunla görüşəcəkləri günə (Qiyamət gününə) kimi onların qəlblərinə bir nifaq saldı.