Buxarda yemək bişirməyin inanılmaz faydaları


Digərləri 06 Avq 2022 19:15:00 198 0

Buxarda yemək bişirməyin inanılmaz faydaları

Sağlam qidalanmaq istəyənlər və qidalanma  şəklini dəyişdirmək istəyənlər haradan və nədən başlamalıdır?

Son.az medicina.az-a istinadən bildirir ki, buxarda bişirmə üsulu sayəsində orqanizminiz daha yaxşı hiss etməyə başlayacaq.

Buxarda bişmə üsulu digərlərinə nisbətən ucuz başa gəlir. Ehtiyacınız olan şeylər su və duzdan ibarətdir. Çox tez bişdiyinə görə, elektrikə və qaza qənaət etmiş olursunuz.

Buxarda bişirmə üsulunda  qidalar rahat və tez həzm olunur. Tərəvəzləri buxarda bişirərkən, içərisinə yağ və yağlı  məhsullar əlavə etməyinizə ehtiyac yoxdur. Bundan başqa, bişirdiyiniz qidalar daha az kalorili olar.