Ərdoğan səfirliyimizə hücumu


Digərləri 06 Avq 2022 14:52:00 148 0

Ərdoğan səfirliyimizə hücumu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə baş vermiş hücumu pisləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, bunu Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanın Londondakı səfirliyinə hücumunu qəbulolunmaz hesab edirk. Bu hadisənin ciddi və ətraflı şəkildə araşdırılaraq təqsirkarların layiqli cəzalarını alacağına ümid edirik", - Türkiyə prezidenti deyib.

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.