BakıSupsanın işi nə vaxt bərpa olunacaq?


Digərləri 06 Avq 2022 17:08:00 173 0

BakıSupsanın işi nə vaxt bərpa olunacaq?

Bakı-Supsa boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır.

Bu barədə Trend-ə "bp Azerbaijan" şirkətindən bildiriblər.

"Bakı-Supsa sisteminin işi Qara dənizdə tankerin olmaması ilə əlaqədar dayandırılmışdı. Boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazırdır. Biz Supsada tanker yükləmə ilə bağlı hər hansı müraciət almadığımız üçün xətt bağlı qalır. Adətən, növbəti ayla bağlı qərarlar əvvəlki aylarda alınan müraciətlər əsasında qəbul edilir. Müraciət alsaq, boru xəttini işə salmağa hazırıq", - şirkətdən bildiriblər.

Xatırladaq ki, Bakı-Supsa boru kəməri ilə neft nəqli mart ayında dayandırılmış və aprelin 1-17-də aparılımış təmir işlərindən sonra bərpa olunmuşdu. Daha sonra boru xətti ilə neft nəqli yenidən dayandırılmışdı.