Azərbaycanlı müğənniyə


Şou-biznes 06 Avq 2022 17:24:00 100 0

Azərbaycanlı müğənniyə

Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb.

Bu xəbəri də oxu: Petek Dinçözün xınasından

Son.az axşam.az-a istinadən bildirir ki, avqustun 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib. Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökmlə toplanmaq qaydası tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

Məhkəmədə isə məlum olub ki, D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib:

"Onlarla "İlkin Music" səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C.Musayev gəlib mənə Nigar Qasımzadənin həyatında qadın olduğunu və qısqanclıqla bağlı münaqişələr yaşandığı üçün N.Qasımzadənin də mənlə birgə studiyada oturacağını dedi. Onun bizlə oturmasına razı oldum və ilk dərsdən etibarən Musayevin halının dəyişdiyini hiss etdim. İlkin də sonra mənə Nigarın qısqanc olduğunu bildirdi. Dərslər hər dəfə təxirə salınırdı, tez-tez dərs vaxtı fasilələr verilirdi. Aranjeman işim İlkində olduğu üçün ona pul vermişdim və studiyada rahat çalışmaq istəyirdim. Üçüncü dəfə Cabbar Musayevə belə davam etməyəcəyini, bu kimi qısqanclıqları özümə yaraşdırmadığımı bildirdim. C.Musayev daha belə neqativ halların olmayacağına, Nigarın mənimlə eyni otaqda oturmayacağına vəd verdi. Lakin yenə bu hallar davam etdi, nəhayət 4-cü dərsdə, may ayında qısa don geyindiyim üçün Nigarın mənə "düz otur" deməsi məni özümdən çıxardı. Həmin vaxt Cabbar Musayevə bir daha Nigarı görmək istəmədiyimi bildirdim, İlkinə isə belə hallar təkrarlanarsa, ödədiyim pulları geri tələb edəcəyimi dedim".

Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.

Daha əvvəl Cabbar Musayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. Bildirilib ki, o, "TikTok" sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.

Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.

Zəvvarları daşıyan avtobus qəzaya düşdü, ölənlər var like
  • 06 Avq 17:16  
Dünya Zəvvarları daşıyan avtobus qəzaya düşdü, ölənlər var

Xorvatiyada baş verən avtobus qəzasında 12 nəfər həyatını itirib.

arrow Ətraflı
BakıSupsanın işi nə vaxt bərpa olunacaq? like
  • 06 Avq 17:08  
Digərləri BakıSupsanın işi nə vaxt bərpa olunacaq?

Bakı-Supsa boru xətti zərurət yaranarsa, hər zaman işə düşməyə hazır

arrow Ətraflı
Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini like
  • 06 Avq 16:52  
Dünya Pentaqon nüvə silahı ilə bağlı yekun mövqeyini

Pentaqon dünyada bütün nüvə silahlarının tamamilə məhv edilməsinin tə

arrow Ətraflı
"Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan" like
  • 06 Avq 16:28  
Şou-biznes "Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan"

Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı pa

arrow Ətraflı
Barbarların London basqını: İzlər hara gedir  antitürk planı, yoxsa... like
  • 06 Avq 16:12  
Digərləri Barbarların London basqını: İzlər hara gedir antitürk planı, yoxsa...

Ölkəmizə qarşı planlaşdırılan və icrasına cəhd edilən çoxsaylı mə

arrow Ətraflı
Çavuşoğlu Ceyhun Bayramova like
  • 06 Avq 16:04  
Siyasət Çavuşoğlu Ceyhun Bayramova

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı

arrow Ətraflı
Türkiyəli tanınmış vəfat etdi  FOTO like
  • 06 Avq 15:56  
Şou-biznes Türkiyəli tanınmış vəfat etdi FOTO

Türkiyənin ən məşhur dublyaj ustalarından biri Sungun Babacan vəfat edib.

arrow Ətraflı
Ermənistandan hiyləgər gediş: Avropa Məhkəməsində Azərbaycana qarşı yeni iddia like
  • 06 Avq 15:48  
Digərləri Ermənistandan hiyləgər gediş: Avropa Məhkəməsində Azərbaycana qarşı yeni iddia

2022-ci il iyulun 27-də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə Azə

arrow Ətraflı
Həyatlarını təhlükəyə atıb avtomobildə köməksiz qalan ailəni xilas etdilər like
  • 06 Avq 15:32  
Dünya Həyatlarını təhlükəyə atıb avtomobildə köməksiz qalan ailəni xilas etdilər

Meksikanın Qvadalaxara şəhərinə yağan güclü yağış sel ilə nəticəl

arrow Ətraflı
Azərbaycandan Avropaya qaz idxalının like
  • 06 Avq 15:24  
Digərləri Azərbaycandan Avropaya qaz idxalının

2022-ci ilin ikinci rübündə Avropanın Azərbaycandan qaz idxalı 2021-ci ili

arrow Ətraflı
Bir daha ana ola bilməyəcəyini demişdi, amma...  FOTO like
  • 06 Avq 15:16  
Şou-biznes Bir daha ana ola bilməyəcəyini demişdi, amma... FOTO

İki il bundan əvvəl yeni doğulan körpəsini itirən 36 yaşlı aparıcı-

arrow Ətraflı
Həmyerlilərimiz Britaniya parlamentinə like
  • 06 Avq 15:12  
Siyasət Həmyerlilərimiz Britaniya parlamentinə

Britaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Res

arrow Ətraflı