Çavuşoğlu Ceyhun Bayramova


Siyasət 06 Avq 2022 16:04:00 223 0

Çavuşoğlu Ceyhun Bayramova

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Çavuşoğlu avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı keçmiş olsun diləklərini çatdıraraq Azərbaycana hər cür dəstəyi verməyə hazır olduqlarını vurğulayıb

Xatırladaq ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. London polisi hadisə ilə əlaqədar 8 nəfəri saxlayıb.