Cici Hadid özünə yeni brend yaratdı FOTO


Şou-biznes 06 Avq 2022 14:12:00 176 0

Cici Hadid özünə yeni brend yaratdı  FOTO

ABŞ-ın dünyaca məşhur modeli Cici Hadid öz geyim kolleksiyasını yaradır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı o, özünün "Instagram" hesabında paylaşım edib.

Kadrlarda 27 yaşlı modelin "Guest in Residence" trikotaj xəttinin yaradılması üzərində necə işlədiyi əks olunub.

Hadid kaşmir parça nümunələrini seçərkən çəkilən fotolara "Sevgi ilə bir şey üzərində işləyirik", - deyə şərh yazıb.

Səhifəsinin profilində isə model özünə yeni reqaliya əlavə edib: "@gustinresidence-nin yaradıcısı, kreativ direktoru".

Qeyd edək ki, bu, Cici Hadidin dizayner kimi ilk təcrübəsi deyil. 2022-ci ilin aprel ayında model uşaqlıq dostu Franceska Ayello ilə birlikdə analar və uşaqlar üçün "Frankies Bikinis" brendində üzgüçülük geyimləri kolleksiyasının yaradılmasında iştirak edib.