Xaçmazda 13 yaşlı oğlan dənizdə


Digərləri 06 Avq 2022 14:28:00 155 0

Xaçmazda 13 yaşlı oğlan dənizdə

Xəzər dənizində yeniyetmə batıb.

Son.az report-a istinadən xəbər verir ki, Şollar kənd sakini, 2009-cu il təvəllüdlü Firudin Loğman oğlu Bağırov dostları ilə liman adlanan ərazidə balıq tutarkən boğulub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.