Ukraynanın Vətən müharibəsi: ABŞla Çin razılığa gəlsə, Putin isə öz rejiminə təhlükə görsə...


Digərləri 06 Avq 2022 12:44:00 217 0

Ukraynanın Vətən müharibəsi: ABŞla Çin razılığa gəlsə, Putin isə öz rejiminə təhlükə görsə...

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Ukraynanın Rusiyaya qarşı Vətən savaşında artıq həlledici həftələr başlayıb. Aydındır ki, bu savaşda Ukraynanın hər mənada əsas köməkçisi ABŞ-dır. Rusiya isə maksimum çalışır ki, dünyada dəstəkçilərinin sayı artmasa da, heç olmasa arada neytral qalan dövlətləri öz tərəfinə çəkə bilsin.

Onlardan biri də ABŞ-la heç də isti münasibətlərdə olmayan Çindir. Bu yandan da ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nelsi Pelosinin Tayvana səfəri sanki Rusiyanın "çörəyinin üstünə yağ sürtmüş" oldu. Çünki Pekini Vaşinqton əleyhinə daha radikal ovqata köklədi.

"Nensi Pelosinin (ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri - red.) Tayvan səfəri Çin və ABŞ arasında münasibətləri gərginləşdirməklə yanaşı, Ukrayna üçün heç də yaxşı hal deyil. Çünki iki dövlət arasında münasibətlərin pisləşməsi Rusiya üçün sərfəli olacaq".

Bu sözləri Ukraynanın siyasi elmlər doktoru, professor Olqa Brusilovskaya son günlər Çin və ABŞ münasibətlərinin gərginləşməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, ABŞ və Çinin artıq neçə ildir iqtisadi müharibə vəziyyətində olması hər iki ölkəni tükəndirib: "Buna görə münasibətlərin kəskinləşməsi heç bir tərəfə fayda verməyəcək və təkcə iqtisadiyyata yox, həm də geosiyasi cəhətdən narahatlıq doğuracaq. Yəni ABŞ Çini özündən uzaqlaşdırsa, o zaman Çin Rusiya ilə daha yaxın münasibətlər qura bilər. Ona görə də ABŞ Çinlə razılığa gəlməlidir. Yalnız o zaman biz daha təhlükəsiz olacağıq".

Bəs ABŞ-ın Çinlə razılığa gəlməsi mümkünmü? Pelosinin Tayvan ziyarəti gerçəkdənmi Rusiyanın işinə yarayır?

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma isə deyib ki, Putin öz siyasi ambisiyalarına təhlükə hiss edərsə, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər.

"Mən bu təhlükəni istisna etmirəm. Fakt budur ki, nüvəsiz Ukrayna Rusiyaya adekvat cavab vermək iqtidarında deyil. Özü də cəzasızlıq hissi on ildən artıqdır ki, Putinin hərəkətlərinin əsas hərəkətverici qüvvəsi olub. Əgər cəbhədəki vəziyyət Rusiyanın mövcudluğu və ya təhlükəsizliyini deyil, sırf Putinin siyasi mövqelərini və onun rejiminin sabitliyini təhdid edirsə, o zaman Kreml taktiki nüvə silahından istifadə edə bilər. Bunun qarşısını almaq olarmı? Ümid edirəm ki, hə. Putini burada dayandıra bilmərik. Ancaq Qərb müttəfiqlərimiz, məncə, edə bilərlər", - Kuçma bildirib.

Sul yaranır: Rusiyadan qaynaqlanan nüvə təhlükəsi getdikcə artır, yoxsa?