Laçında şəhid olan Samirin nəşi ailəsinə


Digərləri 06 Avq 2022 08:34:00 180 0

Laçında şəhid olan Samirin nəşi ailəsinə

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhidin qardaşı Rəsul Xudiyevin verdiyi məlumata görə, Samir səhər saatlarında Bakının Sabunçu rayonu, Qala Ramana qəbiristanlığında dəfn olunacaq.