Türkiyə ordusu 5 terrorçunu məhv edib


Dünya 06 Avq 2022 08:43:00 202 0

Türkiyə ordusu 5 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyanın şimalında YPG terror qruplaşmasının (PKK terror qruplaşmasının Suriya qolu - red.) 5 üzvünü zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, terrorçular "Fərat qalxanı" antiterror əməliyyatı zonasının atəşə tutulmasına cavab olaraq keçirilən əməliyyat nəticəsində zərərsizləşdiriliblər.