İtkin Ukrayna hərbçilərinin bir qisminin əsirlikdə olduğu


Siyasət 06 Avq 2022 08:50:00 287 0

İtkin Ukrayna hərbçilərinin bir qisminin əsirlikdə olduğu

İtkin düşmüş Ukrayna əsgərlərinin demək olar, dörddə biri əsirlikdədir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

O, qeyd edib ki, iyulda hakimiyyət orqanları 7 min nəfərdən çox Ukrayna hərbçisinin itkin düşdüyünü açıqlayıb. Bu açıqlamadan bir ay sonra onların neçəsinin Rusiya əsirliyində tapıldığı məlum olub.

Kotenko bildirib ki, itkin düşən 7 mindən çox hərbçidən təxminən 20-25 %-ni tapa biliblər. Onların Rusiya əsirliyində olmaları aşkarlanıb, buna görə də indi itkin düşənlərin sayı azalıb.

Ukrayna Silahlı Qüvvələri iki minə yaxın hərbçisinin itkin düşdüyünü bildirib, lakin Kotenkonun sözlərinə görə, itkinlərin digər hissəsi sərhədçilər, milli qvardiyaçılar və ya Təhlükəsizlik Xismətinin əməkdaşlarından ibarətdir.