Göyçay sakini Bakıda ürəyindən


Digərləri 06 Avq 2022 08:12:00 257 0

Göyçay sakini Bakıda ürəyindən

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyyəsindən bıçaqlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.