Gözlərin səyirməsi nə deməkdir?


Digərləri 06 Avq 2022 08:25:00 91 0

Gözlərin səyirməsi nə deməkdir?

Bir çox insanlar göz səyirməsinin nə olduğunu bilir. Gözlərin səyirməsi qəfil başlayır. Televizora baxarkən, kitab oxuyarkən, yemək hazırlayarkən gözlər qəfildən səyirə bilir. Bu zaman insan üst göz qapağında və ya gözlərin yan hissəsində əzələ spazmı və sinir atmaları hiss edir. Gözlərin səyirməsi həyat üçün təhlükəli sayılmır, amma sağlamlıqla əlaqədar ciddi problem olduğunun əlaməti hesab edilir. Həm də bu hiss insanı qıcıqlandıraraq onu narahat edir. Elm göz səyirməsini "təkrarlanan, nəzarət edilə bilinməyən, göz qapağı spazmı və adətən üst göz qapaqlarında meydana çıxan" əlamət adlandırır. Bu əzələ spazmı bir və ya iki gözdə meydana çıxaraq bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər uzana bilir. Nadir hallarda isə günlərlə davam edən göz səyirmələrinə rast gəlmək mümkün olur. Göz səyirmələri adətən öz-özünə keçib gedən bir əlamətdir. Göz səyirmələri nələrə səbəb ola bilir? Göz səriyməsinin hansı səbəblərdən meydana çıxdığı aydınlaşdırılmayıb. Adətən bunun stress və yorğunluq, kofein çatışmazlığı, siqaret və içki qəbulu səbəbindən baş verdiyi qeyd edilir. Bəzin isə gözlərdə quruluğun artması, gözlərin həddindən çox yorğun olması, allergik reaksiyaların göz və göz membranının qıcıqlanması səbəbindən də səyirmələr baş verə bilir. Bəzən isə göz səyirməsi məlum olmayan səbəblərdən də meydana çıxır. Bir sözlə göz səyirməsi zərərsiz, ziyansızdır və insan həyatı üçün təhlükə törətmir. Bəzi hallarda gözlərin səyirməsi nevroloji narahatçılıqlardan da meydana çıxa bilir(blefarospazm və üst göz qapaqlarının spazmı). Blefarospazm kişilərdən çox qadınlar üçün xarakterik sayılır. Buna orta yaşlı qadınlar arasında daha çox rast gəlinir. Təkcə Amerikada bir il ərzində 2000 yeni adam göz səyirməsi şikayətindən həkimə müraciət edir. Bu əlamət təhlükəli hesab olunmasa da vəziyyət pisləşdikdə insanda işığa qarşı həssaslıq, tor görmə, üz əzələlərində səyirmə müşahidə edilə bilir. Ən ağır halda üst göz qapağı bir neçə saat qapalı qala bilir. Əgər sizdə göz səyirməsi ilə əlaqədar əlamətlər baş verərsə mütləq oftolmoloqa müraciət edin. Aşağıdakı hallarda həkimə müraciət etmək vacib sayılır: - Əgər sizin gözünüzdə meydana çıxan spazm bir həftədən çox müddətə qədər davam edərsə - Əgər spazm tamamilə gözün örtülməsinə səbəb olarsa - Əgər spazm bütün üz əzələlərinə təsir edərsə - Əgər göz qızararsa, gözdə şişkinlik meydana çıxarsa və gözlərdən axıntı gələrsə - Əgər üst göz qapağı sallanmağa başlayarsa. İstənilən nevroloji narahatçılıq həkimlə təcili görüşməyin vaxtı çatdığını deyir. Əgər göz səyirməsinin əlaməti nevroloji əlamətlər olarsa, o zaman vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır. Bu zaman həkim sizin yuxunuzu normallaşdıracaq, stress əlamətlərini aradan qaldıracaq, kofeinin normallaşmasını bərpa edəcək. Göz səyirməsi zamanı isti və soyuq kompresslər əzələləri rahatlaşdırır. Bəzi hallarda iynə müalicəsi və massaj məsləhət görülür. Bu müalicə üsulları səyirmə əlamətlərinin azalmasına və diskomfortun aradan qalxmasına səbəb olur.

Bu xəbəri də oxu: Yoluxanların sayı açıqlandı

Rusiyadan 62 Kanada vətəndaşına like
  • 06 Avq 08:24  
Siyasət Rusiyadan 62 Kanada vətəndaşına

Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

arrow Ətraflı
ABŞ müdafiə naziri Latviyaya gedəcək like
  • 06 Avq 08:23  
Dünya ABŞ müdafiə naziri Latviyaya gedəcək

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gələn həftə Avropaya səfər edəcək.

arrow Ətraflı
Putin və Ərdoğan "Bayraktar"ı müzakirə ediblər? like
  • 06 Avq 08:22  
Siyasət Putin və Ərdoğan "Bayraktar"ı müzakirə ediblər?

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

arrow Ətraflı
Qaraciyər fəaliyyətinin ağırlaşdığını bildirən 6 əlamət like
  • 06 Avq 08:21  
Digərləri Qaraciyər fəaliyyətinin ağırlaşdığını bildirən 6 əlamət

Insan orqanizmində qaraciyərin normal fəaliyyət göstərməsi çox əhəmiyy

arrow Ətraflı
İlham Əliyev Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib like
  • 06 Avq 08:20  
Siyasət İlham Əliyev Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternati

arrow Ətraflı
“Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb” like
  • 06 Avq 08:18  
Siyasət “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirə

arrow Ətraflı
İnsult şam qozalarından qorxur like
  • 06 Avq 08:15  
Digərləri İnsult şam qozalarından qorxur

5 ədəd böyük şam qozasının üzərinə 0,25 litr 70%-li  spirt və ya key

arrow Ətraflı
Qazaxıstan XİN Londondakı səfirliyimizə like
  • 06 Avq 08:14  
Siyasət Qazaxıstan XİN Londondakı səfirliyimizə

Qazaxıstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Böyük Britaniya

arrow Ətraflı
ABŞda yanğın: 10 nəfər ölüb like
  • 06 Avq 08:13  
Dünya ABŞda yanğın: 10 nəfər ölüb

ABŞ-ın Pensilvaniya ştatında ikimərtəbəli yaşayış evində yanğın ba

arrow Ətraflı
Göyçay sakini Bakıda ürəyindən like
  • 06 Avq 08:12  
Digərləri Göyçay sakini Bakıda ürəyindən

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyyəsindən bı

arrow Ətraflı
Amerikalı həkim ən təbii antibiotikin reseptini söylədi like
  • 06 Avq 08:11  
Digərləri Amerikalı həkim ən təbii antibiotikin reseptini söylədi

Amerikalı həkim Riçard Şults ən təbii antibiotikin reseptini söylədi. Bu

arrow Ətraflı
Laçında həlak olan Samirin nəşi ailəsinə like
  • 06 Avq 08:10  
Digərləri Laçında həlak olan Samirin nəşi ailəsinə

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nə

arrow Ətraflı
Çin nüvə arsenalını 34 dəfə artırır like
  • 06 Avq 08:08  
Dünya Çin nüvə arsenalını 34 dəfə artırır

Çin nüvə arsenalını 3-4 dəfə artırmaq prosesindədir.

arrow Ətraflı
Maraqlı tibbi faktlar like
  • 06 Avq 08:05  
Digərləri Maraqlı tibbi faktlar

Araşdırmalar Qədim Çin və Hindistanda imnokulyasiyanın (indiki peyvəndlə

arrow Ətraflı
Blinken bölgədə yaranmış gərginlikdən like
  • 06 Avq 08:04  
Siyasət Blinken bölgədə yaranmış gərginlikdən

Xəbər verdiymiz kimi, avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinken Prezi

arrow Ətraflı