20 milyondan çox britaniyalı məhdudiyyətlərlə


Dünya 06 Avq 2022 07:45:00 170 0

20 milyondan çox britaniyalı məhdudiyyətlərlə

Anomal istilər fonunda Böyük Britaniyada tətbiq edilən sudan istifadə üzrə məhdudiyyətlərlə ümumilikdə 20,5 milyon insan üzləşə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, iki böyük kommunal şirkət artıq müvəqqəti tədbirlər tətbiq edib. Onlar vətəndaşları bitkiləri sulamaq, avtomobilləri və evlərin fasadlarını yumaq, hovuzları doldurmaq üçün şlanqlardan istifadə etməməyə çağırıblar. Məsələn, cümə axşamından etibarən belə bir tədbir Hempşir qraflığında və Uayt adasında 1,1 milyon insana şamil edilib.

Bir həftə sonra oxşar tövsiyələr daha 2,2 milyon insanın yaşadığı Kent və Sasseks qraflıqlarında da tətbiq olunacaq.