Putin və Ərdoğan nəyi müzakirə ediblər?


Dünya 05 Avq 2022 22:10:00 241 0

Putin və Ərdoğan nəyi müzakirə ediblər?

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qaz tədarükünü müzakirə edib və qismən rublla ödəniş barədə razılığa gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.

"Türkiyə Respublikasına kifayət qədər böyük həcmdə - ildə 26 milyard kubmetr qaz tədarükü müzakirə edilib. Danışıqlar prosesində prezidentlər razılaşıblar ki, biz qazın qismən tədarükünə başlayacağıq və ödəniş rublla ediləcək", - deyə A.Novak bildirib.