Əfsanəvi aktrisanı uzun illər cavan saxlayan üsullar FOTO


Digərləri 05 Avq 2022 23:02:00 69 0

Əfsanəvi aktrisanı uzun illər cavan saxlayan üsullar  FOTO

Odri Hepburn əfsanədir. O, təkcə çoxlu sayda mükafatı olan heyrətamiz aktrisa deyil, həm də inanılmaz dərəcədə gözəl bir qadındır. Təəccüblü deyil ki, çoxları hələ də onu gözəllik etalonu adlandırırlar. Odri yaşa dolsa da, yaxşı dərisi, minimum qırışları və incə bədən quruluşu ilə öyünə bilərdi. Hətta 60 yaşında da Odri Hepburn gözəllik və zəriflik ilahəsi hesab olunurdu. Çünki "Oskar"lı aktrisanın özünəməxsus gözəllik sirləri var idi. Məşhur aktrisa əmin idi ki, gözəllik kosmetoloqun müdaxiləsindən asılı deyil. Daxili harmoniya və özünəqulluq bütün bunlardan önəmlidir.

Son.az oxucuları bu dəfə Odrinin gözəllik qaydaları ilə tanış edir.

Aktrisa gənc qalmaq üçün hansı üsullara əl atırdı?

Dərinin təmizliyi və elastikliyi gənc qalmanın açarıdır. Odri bunu yaxşı bilir və buna görə də mütəmadi olaraq buxar vannası qəbul edirdi. Aktrisa həftədə iki dəfə qaynar suyu qaba töküb, üzünü buxarın üzərindən tutur və başını dəsmalla örtürdü. Məlumdur ki, isti buxardan məsamələr açılır, lazımsız hər şey çıxır, dəri təmizlənir. Bundan əlavə, buxar vannası qan dövranını yaxşılaşdırır. Bir sözlə, hansı tərəfdən baxsanız, prosedur effektivdir.

Hepburn haqqında maraqlı faktlar

Ümumiyyətlə, Odridən çox şey öyrənmək olar. Aktrisanın gözəllik vərdişlərilə bağlı maraqlı faktlar çoxdur. Odri Hepburn həmişə təbiiliyi müdafiə edib, ona görə də parlaq makiyajdan qaçmağa çalışıb. Yeganə istisna qırmızı pomadadır, bunun sayəsində aktrisa "Kupodon" adlanan bir obraz yaratmışdı.

Odri kirpiklərini sancaqla ayırırdı. O, bu üsulu vizajist Alberto Rossidən öyrənmiş və o vaxtdan bəri kirpiklərini bu şəkildə bəzəyirdi. Əvvəlcə tuş çəkir, sonra sancaqla hər bir kirpiyi ayırırdı.

Odri qar kimi ağ dərisini ultrabənövşəyi radiasiyadan ehtiyatla qoruyurdu. O, həmişə şlyapa və günəş eynəyi taxırdı. Həm də Hepburn dərisinin parlaq görünməsi üçün üz kreminə bir damcı limon suyu əlavə edirdi.

O, əmin idi ki, klassik paltarlar trendlərdən daha yaxşıdır. "Qadın gözəlliyi bahalı paltarlardan, saç düzümündən və makiyajdan ibarət deyil. Əsl qadın gözəlliyi onun qəlbindən və öz sevgisini necə ötürməsindən asıldır!" , - aktrisa çıxışlarının birində dilə gətirib.

Qalın qaş formasının dəbə minməsi də onun adı ilə bağlıdır. Qadınların çoxu təkcə onun retro stilini deyil, qalın qaş modelini də bəyənərək təqlid edərdilər. Aktrisanın gözəlliklə bağlı suallara cavabları bu gün də qadınlara yol göstərir və ilham verir:

Gözəl və cazibədar dodaqlara sahib olmaq istəyirsinizsə, dilinizin altına qənd qoyun və şirin sözdən savayı heç bir pis sözü dilə gətirməyin.

Gözlərinizin gözəl olmağını istəyirsinizsə, gözəl insanlarla ünsiyyətdə olun və yaxşı dostlar qazanın.

İdeal bədən ölçülərinə sahib olmaq və həmişə incə görünmək istəyirsinizsə, yeməyinizi kasıb və yoxsullarla paylaşın.

Saçlarınızın yumşaq və gözəl olmağını istəyirsinizsə, uşaqların gündə ən azı bir dəfə saçlarınızla oymağına icazə verin.

Hər zaman cazibədar və cəlbdedici görünmək istəyirsinizsə, evdən çıxarkən təvazökarlığınızı da özünüzlə götürün.

Qadının gözəlliyi bahalı geyim və bədən quruluşu ilə ölçülmür. Onun gözəlliyi gözlərindən oxunmalıdır. Çünki gözlər qəlbə, yəni, eşqin yaşandığı aləmə gedən qapıdır.

Bir qadının gözəlliyi üzündəki xalları ilə daxili dünyasının genişliyi və saflığı ilə ölçülür. (publika.az)

Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar like
  • 05 Avq 22:55  
Siyasət Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yola dislokasiya olunacaqlar

Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə altern

arrow Ətraflı
BMT Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verib like
  • 05 Avq 22:51  
Siyasət BMT Azərbaycanın Londondakı səfirliyinə hücuma reaksiya verib

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Azərbaycanın Londondakı səfir

arrow Ətraflı
Şarl Mişel Prezident İlham Əliyevə zəng edib like
  • 05 Avq 22:44  
Siyasət Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbayca

arrow Ətraflı
Gəncədə güclü yağışdan sonra sel gəlib  FOTO like
  • 05 Avq 22:38  
Digərləri Gəncədə güclü yağışdan sonra sel gəlib FOTO

Gəncəyə yağan güclü yağış problemlər yaradıb.

arrow Ətraflı
Ərdoğan və Putin razılığa gəliblər like
  • 05 Avq 22:31  
Dünya Ərdoğan və Putin razılığa gəliblər

Bu gün Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezi

arrow Ətraflı
Unikal görünüşlü çoxfunksiyalı oturacaqlar  FOTO like
  • 05 Avq 22:24  
Digərləri Unikal görünüşlü çoxfunksiyalı oturacaqlar FOTO

Cənubi Koreyanın Seul şəhəri unikal memarlıq əsərləri ilə öyünən ş

arrow Ətraflı
30 yaşlı kişi dənizdə boğulub like
  • 05 Avq 22:17  
Digərləri 30 yaşlı kişi dənizdə boğulub

Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər dənizdə batıb.

arrow Ətraflı
Putin və Ərdoğan nəyi müzakirə ediblər? like
  • 05 Avq 22:10  
Dünya Putin və Ərdoğan nəyi müzakirə ediblər?

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

arrow Ətraflı
Güclü yağışdan sonra Göygölə dolu düşüb like
  • 05 Avq 22:05  
Digərləri Güclü yağışdan sonra Göygölə dolu düşüb

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

arrow Ətraflı
Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi like
  • 05 Avq 22:00  
Dünya Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi

Yunanıstan Milli Kəşfiyyat İdarəsinin rəhbəri jurnalistin telefon danış

arrow Ətraflı
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək like
  • 05 Avq 21:50  
Digərləri Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə

arrow Ətraflı