İlham Əliyev gərginliyə görə Ermənistanın məsuliyyət daşıdığını bildirdi


Siyasət 05 Avq 2022 23:14:00 161 0

İlham Əliyev gərginliyə görə Ermənistanın məsuliyyət daşıdığını bildirdi

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlət başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.