Bu ölkənin səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb


Dünya 05 Avq 2022 23:48:00 164 0

Bu ölkənin səfirliyi rusiyalılara bütün növ vizaların verilməsini dayandırıb

Latviyanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası vətəndaşları üçün bütün növ vizaların verilməsini qeyri-müəyyən müddətə dayandırıb. Yeganə istisna Latviyada yaşayan yaxın qohumlarından birinin dəfn mərasiminə getmək zərurətidir.

Son.az oxu.az-a istinadən bildirir ki, səfirlik belə bir qərarın səbəbini açıqlamayıb.

Qeyd edək ki, 2022-ci ilin yazında Latviya rusiyalılara turist vizası verməmək qərarına gəlib. Ancaq işə qəbul üçün uzunmüddətli milli vizalar, eləcə də humanitar səbəblərə görə (individual baxılırdı) qısamüddətli vizalar əldə etmək mümkün olub.