Avtomobillər toqquşub, xəsarət alanlar var FOTO


Digərləri 05 Avq 2022 23:21:00 206 0

Avtomobillər toqquşub, xəsarət alanlar var  FOTO

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" və "Opel" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaya yolun yağışlı və sürüşkənliyi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.