Benni Qantz 25 min ehtiyatda olan hərbçinin orduya çağırılması əmrini təsdiqləyib
Dünya 05 Avq 2022 23:28:00 171 0
İsrailin müdafiə naziri Benni Qantz cümə günü "əməliyyat məqsədləri üçün" ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
"Müdafiə naziri Benni Qantz ehtiyatdan 25 minə qədər hərbçinin əməliyyat məqsədləri üçün çağırılması əmrini təsdiqləyib", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, daha əvvəl İsrail ordusu Qəzza zolağında Fələstinin "İslam cihadı" terror qruplaşmasının hədəflərinə qarşı "Sübh" əməliyyatına başladığını elan edib.
Mənbə: milli.az