Azərbaycanın elektron informasiya resurslarına qarşı geniş kiberhücumlar hazırlanıb


Digərləri 05 Avq 2022 19:34:00 108 0

Azərbaycanın elektron informasiya resurslarına qarşı geniş kiberhücumlar hazırlanıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumlarla bağlı xəbərdarlıq edib.

Son.az bildirir ki, qurumun bununla bağlı açıqlamasında deyilir:

"Əldə edilən məlumatlara əsasən ölkəmizin elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (XRİTDX) ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və dövlət informasiya resurslarına qarşı 03.05.2022-ci il tarixindən davam edən DDOS və digər tipli kiberhücumların qarşısını uğurla alır.