Bakıda gənc oğlan


Digərləri 05 Avq 2022 19:41:00 147 0

Bakıda gənc oğlan

Xətai rayonunda gənc oğlan binadan yıxılıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə "Babək Plaza"nın yaxınlığında qeydə alınıb.

Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.