"MOL Group" "AzəriÇıraqGünəşli" üzrə hasilat həcmini açıqlayıb


Digərləri 05 Avq 2022 20:32:00 93 0

"MOL Group" "AzəriÇıraqGünəşli" üzrə hasilat həcmini açıqlayıb

2022-ci ilin ikinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 14,8 min barel neft ekvivalentinə bərabər olub.

Son.az bildirir ki, Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir. 2021-ci ilin ikinci rübündə hasilat 18,1 min barelə bərabər idi.

Beləliklə, Macarıstan şirkətinin AÇG üzrə hasilatı 18,2 faiz azalıb.

Eyni zamanda hasilat bu ilin birinci rübü ilə müqayisədə 3,9 faiz azalıb.