Peyvənd olunanların sayı açıqlandı


Digərləri 05 Avq 2022 19:57:00 105 0

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 723 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 127, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 095, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 233 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 825 764, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 980, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 618, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 343 684, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 482 nəfər təşkil edir.