"Moody's" Azərbaycanın reytinqini yüksəldib


Digərləri 05 Avq 2022 20:11:00 120 0

"Moody's" Azərbaycanın reytinqini yüksəldib

"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent və prioritet təminatsız borclar üzrə reytinqini "Ba2" səviyyəsindən "Ba1" səviyyəsinədək yüksəldib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə agentliyin hesabatında deyilir.

Eyni zamanda proqnoz "müsbət"dən "stabil"ə dəyişdirilib.

Agentliyin fikrincə, reytinqin yüksəldilməsi son illər ərzində siyasətin artan səmərəliliyini əks etdirir, bu isə maliyyə idarəetməsinin təkmilləşməsi və dayanıqlığın artmasında əks olunub.

"COVID-19 pandemiyasına baxmayaraq maliyyə göstəriciləri yüksək qalır və iqtisadiyyatın bərpası, enerji daşıyıcılarının yüksək qiyməti fonunda büdcənin ağıllı idarə olunması sayəsində gözlənildiyindən daha sürətlə yaxşılaşır", - hesabatda deyilir.

"Moody's" gözləyir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə dərinləşmiş inflyasiya risklərini azaldacaq.